Sığorta-pensiya sistemi iştirakçılarına xidmətin səmərəliliyi daha da artırılır

16:43 7 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətinin bütün istiqamətləri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində sığortaedənlərlə (işəgötürənlər, digər hüquqi və fiziki şəxslər), fərdi uçotın həyata keçirilməsi sahəsində sığortaolunanlarla (işləyənlərlə), əmək pensiyası təminatı sahəsində bilavasitə pensiyaçılarla xidməti münasibətlərdə səmərəliliyin daha da artırılması məqsədilə fondun Aparatında seminar-müşavirələr keçirilir.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, seminar-müşavirələrdə müzakirələrin əsas predmetləri sığortaedənlərlə, o cümlədən sahibkarlarla işin qanunvericiliyin tələblərinə uyğun qurulması, vətəndaşların qəbulu, müraciətləri və tələblərinə həssaslıqla yanaşılması məsələləridir.
Fondun rəhbərliyi və aparatın aparıcı şöbə müdirlərinin iştirakı ilə keçirilən seminar-müşavirələr ilkin olaraq Fondun departamentləri, Bakı şəhərinin rayon şöbələrinin rəhbər və işçilərinin iştirakı ilə təşkil olunmuşdur.
Hazırda bu tədbirlər respublika üzrə Fondun digər şəhər və rayon şöbələrinin əməkdaşları da cəlb edilməklə davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR