Layihə çərçivəsində keçiriləcək dərslərlə bağlı müzakirələr aparılıb

Layihə çərçivəsində keçiriləcək dərslərlə bağlı müzakirələr aparılıb
18:38 7 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə reallaşdırdığı “Tarix fənninin başqa fənlərə inteqrasiyası (Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında)” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, Bakının müxtəlif orta məktəblərindən tarix müəllimlərinin iştirak etdikləri tədbirdə layihə ilə bağlı fikir və təkliflər səsləndirilib.
Sonra layihə çərçivəsində keçiriləcək dərslərlə bağlı müzakirələr aparılıb.
Dekabrın ikinci yarısında “dəyirmi masa”nın təşkil olunması qərara alınıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR