Bakı, 7 dekabr, AZƏRTAC
ABŞ-ın Milano Beynəlxalq Əlaqələr və Menecment Məktəbinin professoru Çarles H.Allison Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri üçün ABŞ-da maliyyə böhranının səbəbləri, amilləri və nəticələri barədə mühazirə oxuyub .
Universitetdən AZƏRTAC-a bildiriblər ki, amerikalı professor keys metodu əsasında ABŞ-ın konkret şirkətlərinin timsalında maliyyə böhranı şəraitində maliyyə menecmentinin xüsusiyyətləri haqqında məlumat verib. O, tələbələrə şirkətlərin müxtəlif maliyyə mexanizmlərinin tətbiqi nəticəsində səmərəli fəaliyyətə nail olunması istiqamətlərini göstərib.