Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
21:43 7 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 7 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Anadolu Agentliyinin məlumatına görə, səfirin nazirliyə çağırılmasının səbəbi İstanbul boğazından keçərkən Rusiyaya məxsus bir hərbi gəminin göyərtəsindəki hərbiçinin çiynində minaatan silahın şəhərə tərəf tuşlaması olub. Səfirin diqqətinə çatdırılıb ki, gəmilərin boğazlardan keçidi zamanı beynəlxalq konvensiyalara əməl olunmalıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR