​Ədliyyə orqanlarına işə qəbulla bağlı müsabiqə üzrə ərizələrin qəbulu başa çatıb

​Ədliyyə orqanlarına işə qəbulla bağlı müsabiqə üzrə ərizələrin qəbulu başa çatıb
22:12 7 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunan növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulu başa çatıb.
Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından bildirilib.
Müraciət edən namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə dekabrın 19-da saat 12.00-da vahid auditoriyada – Bakı İdman Zalında keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni dekabrın 17-18-də saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, həmçinin test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilib, eləcə də bu sənədlər Nazirliyə və regional ədliyyə şöbələrinə müraciət edənlərə təqdim olunur.
Eyni zamanda bir daha müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında təşkil olunmuş hazırlıq kursu davam edir.
Xatırladaq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/novbeti-aciq-musabiqe-uzre-erizelerin-qebulu-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR