Rusiya təyyarəsinin məhvi Ərdoğanın nüfuzunu artırıb

Rusiya təyyarəsinin məhvi Ərdoğanın nüfuzunu artırıb
08:27 8 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Gəzici" təhqiqat mərkəzi ölkənin 16 əyalətində Rusiyanın "Su-24" hərbi təyyarəsinin məhvi ilə bağlı sorğu keçirib. Milli.Az musavat.com-a istinadən bildirir ki, rəyi soruşulanların 53%-i Türkiyədə prezidentli üsul-idarəyə keçidin tərəfdarı olduğunu söyləyib. Təyyarə insidentinədək bu göstərəcinin xeyli aşağı olduğu bildirilirdi. 

"Rusiya ilə gərgin münasibətlər fonunda Ərdoğan ölkəni yaxşı idarə edirmi" sualına respondentlərin 74%-i təsdiqi cavab verinb. Onlarlın 91%-i isə hesab edir ki, Türkiyə ölkənin hava məkanını pozan Rusiya təyyarəsini vurmaqda düzgün hərəkət edib.

Beləliklə, Türkiyə əhalisinin mütləq əksəriyyətinin  məsələdə birmənalı şəkildə hakimiyyətin tərəfində olduğu üzə çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR