​“Azercell” bölgələr üçün yeni Tələbə Proqramına start verib

​“Azercell” bölgələr üçün yeni Tələbə Proqramına start verib
13:32 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telecom” şirkəti bölgələr üçün nəzərdə tutulan növbəti “Tələbə Proqramı”na start verib.
Şirkətdən “Report”a verilən məlumata görə, Azərbaycanın regionlarında yerləşən universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını yaradan bu proqramın əsas məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin inkişaf etməsinə və peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Bildirilir ki, proqram çərçivəsində “Azercell” əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universitetində təqdimatlar keçirilib. Eyni zamanda, Naxçıvan və Lənkəran Dövlət universitetlərində proqram haqqında tələbələrə geniş məlumat verilib. Təqdimatlarda iştirak edən 400-dən çox tələbənin “Tələbə Proqramı” ilə bağlı sualları cavablandırılıb.
Bununla yanaşı, seçilən tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində, sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Dekabr ayı ərzində proqramla bağlı “Azercell” əməkdaşlarının ölkənin digər bölgələrində də təqdimatlar keçirəcəyi planlaşdırılır.
Qeyd edək ki, “Tələbə Proqramı”na qoşulmaq üçün dekabrın 11-i müraciətlərin son qəbul günüdür. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azercell-bolgeler-ucun-yeni-telebe-proqramina-start-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR