Milli Kitabxanada sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Milli Kitabxanada sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub
14:38 8 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkminləşdirilməsi” proqramı çərçivəsində “ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” mövzusunda təşkil edilən sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Kitabxana və Ultra şirkətinin mütəxəssisləri ilə yanaşı, Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri də iştirak ediblər.
Treninq çərçivəsində Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olan müdavimlərə sertifikatlar təqdim olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Kitabxanada_sonuncu_treninqin_mudavimlerine_sertifikatlar_teqdim_olunub-909292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR