İran Prezidentinin qardaşı əməliyyat olunan müxalifət liderinə baş çəkib

İran Prezidentinin qardaşı əməliyyat olunan müxalifət liderinə baş çəkib
16:47 8 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

İran Prezidenti Həsən Ruhaninin müşaviri və qardaşı Həsən Firidun ev dustaqlığında saxlanılan və bu gün səhər xəstəxanada ayağından əməliyyat olunan müxalifət liderlərindən biri Mehdi Kərrubiyə baş çəkib və H.Ruhaninin salamlarını ona çatdırıb. Bu barədə Trend İranın müxalifyönlü "Etemadmelli.com" saytına istinadən məlumat verir.

Məlumata əsasən, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi ötən həftə dustaqlıqda saxlandığı evin liftində yaranmış nasazlığa görə sol dizini zədələyib və bu gün səhər əməliyyat olunub. M.Kərrubinin oğlu Hüseyn Kərrubi bilidirb: "Atamın ayağında aparılan əməliyyat uğurlu oldu və Prezidentin qardaşı Həsən Firidun xəstəxanada atama baş çəkdi və ona Prezident Həsən Ruhaninin salamlarını çatdırdı".

H.Kərrubi deyib ki, ötən gün isə ölkənin səhiyyə naziri Həsən Qazizadə Haşimi xəstəxanada atasına baş çəkmiş və onun müalicəsi ilə maraqlanmışdı.

Qeyd edək ki, 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi M.Kərrubi və Mir Hüseyn Musəvi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlandığı gündən "Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub.

M.Kərrubi ev dustaqlığında saxlandığı müddətdə artıq bir neçə dəfə əməliyyat olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR