ADU-da Çin dili uğurla tədris olunur

ADU-da Çin dili uğurla tədris olunur
18:48 8 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Konfutsi institutlarının qlobal şəbəkəsi: müasirlik və tarix” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir bu ali məktəbdə Konfutsi İnstitutunun yaradılması layihəsinin yekunlarına həsr olunub.
Mərkəzin direktoru, professor Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığı barədə məlumat verib. O, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri zamanı iki ölkə arasındakı humanitar əlaqələrin inkişafı istiqamətində imzalanan razılaşmaların əhəmiyyətini qeyd edib.
R.Abbasov Konfutsi institutlarının təhsil, mədəniyyət və maarifləndirici fəaliyyətləri barədə də danışıb. O, rəhbərlik etdiyi mərkəz ilə birgə Konfutsi İnstitutunu yaratmaq üçün Çində bu ölkənin dövlət dilinin yayılması istiqamətində Çin Dövlət Dəftərxanası (Hanban) və ADU-nun rəhbərliyi arasında imzalanan müqaviləni xatırladıb.
Sonra bu ali məktəbin çin dili müəllimləri Könül Abbasova və Ayguli Imamxaci çin dili və mədəniyyətinin təbliğində Hanbanın fəaliyyəti, eyni zamanda Konfutsi İnstitutunun yaradılması üzrə ADU-nun rəsmi tərəfdaşı olan Xuçjou Universiteti barədə məlumat veriblər.
Universitetin Avstriya Mübadilə Xidməti Bakı İnformasiya Mərkəzinin rəhbəri Səfa Əliyeva təşkilatın beynəlxalq elmi və mədəni mübadilə, təhsil sahəsində inteqrasiya proseslərinə kömək etməsindən danışıb.
Sonda tələbələr Çin rəqslərini ifa ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADU_da_CHin_dili_ugurla_tedris_olunur-909440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR