"Air France" İrana uçacaq

"Air France" İrana uçacaq
07:47 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin aprelindən başlayaraq Fransanın "Air France" aviaşirkəti İranla birbaşa sərnişin reyslərini bərpa edəcək.
Milli.Az "Report"a istinadən bildirir ki, "Air France"ın bəyanatında qeyd edilir ki, Parisdən Tehrana nəzərdə tutulan aviareyslər həftədə üç dəfə paytaxtın Şarl de Qoll hava limanından həyata keçiriləcək.
Qeyd edək ki, Fransa ilə İran arasında aviareyslər İranın nüvə silahı istehsal etdiyinə dair yaranmış şübhələrdən sonra İslam Respublikasına qarşı qəbul edilən beynəlxalq sanksiyalar fonunda iqtisadi səbəblərdən 2008-cı ildə dayandırılmışdı. 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR