Mübariz Əhmədoğlu: RF qazının Azərbaycanın işğal olunmuş ərazilərinə nəqli dayandırılmalıdır

Mübariz Əhmədoğlu: RF qazının Azərbaycanın işğal olunmuş ərazilərinə nəqli dayandırılmalıdır
10:38 30 Dekabr 2014
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Rusiya ilə imzalanmış qazla bağlı müqavilələr Ermənistanın ən çox hesablaşdığı və ya qorxduğu müqavilələrdir: Ermənistan Rusiyanın imici ilə əməlli-başlı alver edir. Onu Qərbin qabağında sövdələşmə obyektinə çevirir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Aİİ üzvü olan Ermənistan yenidən Aİ ilə əlaqələri intensivləşdirmək kursu götürüb: "Qərb-Rusiya qarşıdurmasında Ermənistan açıq şəkildə Qərbin tərəfindədir. Ermənistan rəhbərliyi ABŞ, Aİ və NATO rəhbərliyi ilə əməkdaşlığı intensivləşdirmək və genişləndirmək mövzusunda danışıqlar aparır".

M.Əhmədoğlu deyib ki, Rusiyanın Ermənistanla əlaqəli qərarları yalnız Ermənistana sərf edəndə həyata keçirilir: "Amma bunlar Ermənistanın Rusiya ilə imzaladığı qaz müqavilələrinə aid deyil. Arqument bunu aşkar şəkildə göstərir.

I. İran 100 dollara Ermənistana qaz satmağa hazır olduğunu bildirdi. Ermənistan bunu arzulasa da, reallaşdıra bilmir. Çünki Ermənistanın bütün qaz kəmərləri, o cümlədən, İran-Ermənistan qaz kəməri RF-in mülkiyyətidir. İran-Ermənistan qaz kəməri İranın “Sanir” şirkəti tərəfindən İranın maliyyəsi hesabına tikilsə də, Ermənistan bu qaz kəmərini Rusiyaya verməli oldu. Rusiyanın qarşısında Ermənistan Rusiya mülkiyyəti olan İran-Ermənistan qaz kəməri vasitəsilə İrandan ucuz qaz ala bilmir.

II. Anaklia IEP Holding (Gürcüstan) İstilik Elektrik Stansiyasını Ermənistanda tikir. Bu İES Rusiyanın Ermənistana satdığı qaz əsasında işləyəcəkdir. İstehsal olunmuş elektrik enerjisi Gürcüstanın ərazisinə nəql olunacaq və Anaklia limanını təmin edəcəkdir. Anaklia IEP Holding-in rəhbəri T.Karçava Anaklia Azad İqtisadi Zonanın elektrik enerjisi ilə təchizatı üçün çox bahalı və mürəkkəb sxem seçib; Rusiyadan Ermənistana gələn qaz kəməri Gürcüstan ərazisindən keçir. Əgər Ermənistan öz ərazisindən kənarda öz payı olan Rusiya qazına sərəncam vermək, onu satmaq, nəql etmək imkanına malikdirsə, o zaman Anaklia İES-in RF- Ermənistan qaz kəmərinin Gürcüstan ərazisindən Anakliaya yaxın keçən ərazisindən əlavə şaxə çəkmək olardı.

III. Ermənistan rəsmiləri enerji sistemində korrupsiya sxemlərindən geniş istifadə edirblər və indi də edirlər. Rəsmi Yerevanın korrupsiya sxemləri hətta Ermənistan AES-in təhlükəsizliyinə ayrılan pulu da əhatə edib. Amma bu korrupsiya sxemlərində də RF qazının Ermənistandan kənara çıxara bilmirlər. İrandan Ermənistana gələn qazın Gürcüstanda elektrik enerjisinə çevrilib Ermənistan vasitəsilə İrana nəql olunması ilə bağlı vaxtaşırı hesabat xarakterli məlumatlar yayılır. İran qazının Ermənistandan Gürcüstana hansı kəmərlə daxil olduğu sual altındadır. Eləcə də hal-hazırda 1 m³ qazdan 4-5 kvt elektrik enerjisi istehsal edən turbinlər Gürcüstanın ərazisində yoxdur. Ermənistanda isə belə turbinlərlə işləyən İES-lər var. Ermənistanın keçmiş energetika naziri A.Movsesyanın dövründə belə “qara sxem” qurulmuşdu. Bu fakt özü göstərir ki, Zimbabve və Mozambikdən bəri korrupsiya sxemi üzrə işləyən şirkətlər yaratmış Ermənistan rəsmiləri Rusiya qazının üzərində korrupsiya sxemləri qura bilmirlər.
Rusiya ilə Ermənistan arasında qaza dair 2 müqavilə mövcuddur. Hər iki müqavilə Rusiyadan aldığı qazı öz ərazisindən yəni beynəlxalq aləmdə tanınmış sərhədlərindən kənara satmağı, nəql etməyi Ermənistana qadağan edir".

Politoloqun sözlərinə görə, belə olan təqdirdə AİB üzvü olan Ermənistanın Rusiya qazının Azərbaycanın işğal olunmuş ərazilərinə nəqlinin məsuliyyəti tamamilə RF-in və AİB-in üzərindədir: "Bir daha təkrar edirik ki, Ermənistan RF-lə qaz məsələsində “zarafat” edə bilmir. “Tex-“Stepanakert”” qaz kəməri və bu kəmərlə nəql olunan qaz RF-in mülkiyyətidir. Ermənistan və RF Avrasiya İqtisadi Birliyinin üzvləridir. Əgər 2015 il yanvarın 2-dən sonra “Tex-“Stepanakert” qaz kəməri vasitəsilə Dağlıq Qarabağa qaz nəql olunacaqsa, bunun siyasi, hüquqi, mənəvi məsuliyyəti RF-in üzərindədir. Eləcə də, Azərbaycanın işğal olunmuş ərazilərinə Rusiyanın qaz nəqli AİB-in effektliyini ciddi şübhə altına salacaq və bu yenicə formalaşan bu qurumun beynəlxalq imicinə ciddi zərbə olacaqdır".

Onun fikrincə, Rusiyanın Ermənistana özəl, qanundan üstün münasibəti Qazaxıstan və Belarusda Rusiya xofunu daha da gücləndirəcək: "Əgər Rusiya indiki reallıqda Ermənistan üçün bütün qanunları pozursa, bu Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz qala bilməz. Rusiya –Azərbaycan münasibətlərini dəyərləndirdiyimiz üçün bu məsələ xüsusi diqqətdə saxladığımız mövzulardandır. 2015-ci il yanvarın 2-dən sonra “Tex-“Stepanakert”” qaz kəməri ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qazın nəqlinin heç bir əsaslandırılması yoxdur və ola bilməz.

Yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu RF-nin müvafiq strukturlarının bu mövzuya aydınlıq gətirən məlumat yaymasıdır. Bunun ardınca “Tex-“Stepanakert”” qaz kəməri vasitəsilə RF qazının Azərbaycanın işğal olunmuş ərazilərinə nəqli dayandırılmalıdır. Bu kəmərin taleyi Azərbaycan tərəfi ilə müzakirə mövzusuna çevrilməlidir.

“Tex-“Stepanakert” ”kəməri ilə qaz nəqlinin dayanması Dağlıq Qarabağ ermənilərində elə də böyük faciə yaratmayacaq. Dağlıq Qarabağda son 5 ildə Qərb texnologiyası ilə işləyən briket fabrikləri fəaliyyətdədir. Əhali meşədəki odunların qırıntısından hazırlanmış bu briketlər vasitəsilə qızınacaqdır. Rusiyanın Azərbaycanın maraqlarına laqeydliyinin vurduğu ziyan isə çox böyük ola bilər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2348921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR