Bakı, 9 dekabr, Pərvanə İmanova, AZƏRTAC
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Bakının Nəsimi, Səbail və Nərimanov rayonlarında monitorinq aparıblar.
AZƏRTAC xəbər verir ki, dekabrın 9-da Dilçilik İnstitutunda keçirilən mətbuat konfransında monitorinqin nəticələri barədə məlumat verilib, müzakirələr aparılıb.