Aparıcı Samirənin qızı podiumda - FOTO

Aparıcı Samirənin qızı podiumda - FOTO
13:52 9 Dekabr 2015
416 Digər
Ölkə mətbuatı
A- A+

ATV-nin aparıcısı Samirə Mustafayevanın qızı Nuran podiuma çıxıb, modellik edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı övladının dəblə çox maraqlandığını bildirib:

"Qızım gözünü açandan ancaq geyimlər görür. İnternetdən paltarlar seçir, mənimlə mağazaları gəzir. Libaslara qarşı çox həvəslidir. Eyni zamanda da mənim kimi rəsm çəkir. Əgər qızım rəssamlıq edərsə, mən xoşbəxt ana olaram. Mən özüm nail olmadığım sənətləri qızım etsin. İndi hansı uşağı dindirirsən, deyir ki, müğənni olacam. Hamının evində müğənni böyüyə bilməz ki. O müğənninin şəklini çəkəcək rəssam, xəstələnəndə sağaldacaq həkim də olmalıdır".

S.Mustafayva qızı ilə rəfiqə olduğunu deyib:

"Biz tək ana-bala deyilik. Övladımın ən yaxın rəfiqəsi mənəm. Bunu böyüyəndə də davam etdirəcəm. Elə davranacam ki, o, kənarda rəfiqə axtarmasın. Yalan üstə belə onu danlamıram. Hər zaman düzgün yol göstərirəm".

Qeyd edək ki, S.Mustafayeva ATV-nin aparıcısı Vaqif Aydınoğlu ilə ailəlidir.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR