Bakı aeroportunda yeni qüllə açıldı (FOTO)

Bakı aeroportunda yeni qüllə açıldı (FOTO)
14:01 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni Hava hərəkətinin idarəedilməsi qülləsi açılıb. AZAL-dan ANS PRESS-ə verilən məlumata görə, hava limanında müasir tipli ikinci qüllənin açılışı olub.

Radiolokator ilə təchiz olunmuş yeni hava hərəkətinin idarəedilməsi qülləsi hazırda Avropada unikal sistem kimi tanınır və hava hərəkətinin idarəedilməsi sahəsində bütün müasir tələblərə cavab verir. Hava hərəkətinin idarəedilməsi qülləsi təyyarələrin hava limanına yanaşması zamanı və Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verəcək.



Yeni Hava hərəkətinin idarəedilməsi qülləsi üçün S rejimini dəstəkləyən ikincili RSM970S radiolokatorunun təchizatı THALES şirkəti tərəfindən həyata keçirilib.

Hava hərəkətinin idarəedilməsi qülləsinin açılış mərasimində Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez (Aurelia Bouchez), Thales Eurasia şirkətinin Vitse-prezidenti Roje De (Roger Daix) və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Birinci vitse-prezidenti Sabir İlyasov iştirak edib.

"İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri özündə birləşdirən yeni texnologiyaların tətbiqi üzrə dünya liderlərindən biridir. Bunun nəticəsində ICAO və “Eurocontrol”un son tələblərinə uyğun olaraq uçuşların yüksək təhlükəsizlik səviyyəsi təmin olunur", - deyə Sabir İlyasov bildirib.

Bu gün “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşlara və hava limanlarında təxminən 40 min uçuşlara aeronaviqasiya xidməti göstərir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR