Bakının “Lokomotiv” voleybol klubu “Alyants Ştutqart”ın qonağı olacaq

Bakının “Lokomotiv” voleybol klubu “Alyants Ştutqart”ın qonağı olacaq
14:48 9 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının üçüncü turu çərçivəsində növbəti oyunlar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bakının “Lokomotiv” komandası Almaniyada “Şarrena” Arenada “Alyants Ştutqart” klubunun qonağı olacaq. Oyunu portuqaliyalı baş hakim Avelino Azevedo idarə edəcək. İkinci hakim funksiyasını isə italiyalı Daniele Rapisarda yerinə yetirəcək.
Çempionlar Liqası yarışlarının “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlib. Bakı təmsilçisi doğma meydanda “Alyants Ştutqart”dan 3:0 hesabı ilə üstün olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR