Avtobuslara izləmə cihazları quraşdırılır - VİDEO

Avtobuslara izləmə cihazları quraşdırılır - VİDEO
23:12 9 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişin daşıyan avtobuslara yeni GPS izləmə cihazi quraşdırılır. Məqsəd xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyini təmin etməkdir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, həm sürət həddinə, həm də avtobusun hansı ünvanda hərəkət etdiyinə ciddi nəzərət olunacaq.

Bu məqsədlə şəhərlərarası və beynəlxaq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda GPS izləmə cihazı quraşdırılıb.

İlkin olaraq 30 avtobusa bu cihaz quraşdırılıb. Gələcəkdə Bakı Beynəlxalq Avtovağzalında olan 800 mikroavtobus və avtobusların hər birinə bu cihaz quraşdırılacaq.

Sistemin quraşdırılması tam başa çatdıqdan sonra sərnişinlər Bakı Beynəlxaq Avtovağzalının  (BBAK.AZ) saytına daxil olub şəhərlərarası və beynəlxaq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı məlumat əldə edə biləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR