"Qarabağ"da ciddi itki

"Qarabağ"da ciddi itki
02:11 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının qrup mərhələsi son oyununda "Anderlext"lə vacib matça çıxacaq "Qarabağ” ciddi itki ilə qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, bu barədə baş məşqçi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Ağdamlılar əsas futbolçularından sayılan Ansi Aqollinin xidmətindən məhrum olub. Təcrübəli müdafiəçi zədələndiyi üçün belçikalılarla görüşdə iştirak etməyəcək. Bu azmış kimi, o, 2015-ci ili erkən başa vurub. Belə ki, ilin sonunadək Qurban Qurbanov Aqollinin xidmətindən yararlana bilməyəcək.


Qurban Qurbanov - "Qarabağ"ın baş məşqçisi

Bu arada Belçika mətbuatı baş tutacaq oyundan əvvəl rəqibin start heyətini açıqlayıb:

Silvio Proto, Qiyom Jiye, Serin Mbodji, Olivye Deşaxt, Fabris N`Sakalya, Leander Dendoker, Yuri Tilemans, Endi Naxar, Dennis Prat, Matias Suares, Stefano Okaka.


Slavko Vinçiç

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Anderleхt" (Belçika) son turun oyununu sloveniyalı ədalət təmsilçilərinə tapşırıb. Görüşü hakim Slavko Vinçiç idarə edəcək. Ona Vinçiçə Boyan Ul və Tomas Klançnik yardımçı olacaq. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək. Roberto Ponis və Draqoslav Periç isə oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR