Bakıda “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

10:48 10 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə dekabrın 10-da Bakıda “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, AMEA-nın institutlarının direktorları, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin akademiyalarının, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, həmçinin Rusiya, Belarus, Ukrayna, Qazaxıstanın Fövqəladə Hallar nazirliklərinin və müvafiq akademiyalarının nümayəndələri iştirak edirlər.
Konfrans rəsmi açılış mərasimindən sonra bölmə iclasları ilə işini davam etdirəcək.
Elmi-praktiki konfrans dekabrın 11-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Fovqelade_hallar_ve_tehlukesiz_heyat_movzusunda_beynelxalq_elmi_praktiki_konfrans_ise_baslayib-909896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR