Quba, 7 fevral, Elxan Yusifli, AzərTAc
Fevralın 7-də Quba Olimpiya İdman Kompleksində Azərbaycanın “Baku Fires” komandası ilə Polşanın “Rafako Hussars Poland” klubu arasında görüş başlayıb.
AzərTAc xəbər verir ki, Dünya Boks Seriyası (WSB) Liqasının dördüncü turunun görüşü çərçivəsində rinqdə ilk döyüş təmsilçimiz Elvin Məmişzadə (52 kq) ilə polşalı Qrjeqorj Kozlovski arasında keçirilir. Bu döyüşün ardınca Albert Səlimov (60 kq) David Miçelus, Pərviz Bağırov (69 kq) Stiven Donnelli, Soltan Migitinov (81 kq) Jordan Kulinski, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) Mantas Valaviçius qarşılaşmaları olacaq.
Birinci turda səfərdə Puerto Riko klubuna 2:3 hesabı ilə uduzan “Rafako Hussars Poland” 2-ci turda doğma arenada eyni hesabla “Astana Arlans”a məğlub olub. Polşa komandası ötən turda doğma divarlar arasında “Argentina Condors” üzərində 5:0 hesablı inamlı qələbə qazanıb.