Nadir çöl quşlarını ovlayanlar saxlanıldı

Nadir çöl quşlarını ovlayanlar saxlanıldı
16:06 10 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran rayon polis şöbəsi əməkdaşları qanunsuz ov etmə ilə bağlı reyd keçiriblər.

ANS PRESS-in xəbərinə görə, reyd zamanı rayon ərazisində icazəsiz ov edən Vüqar Kərimov və Ramin Nəbiyev saxlanılıb.Sahə rəisi Natiq Rəhimovun sözlərinə görə, saxlanılan şəxslərin üzərindən ov silahları, eləcə də 15 müxtəlif növ quş aşkarlanaraq götürülüb. Həmin quşlardan 4-ü adı Qırmızı kitaba düşən nadır quşlardır. Müsadirə edilən quşlar arasında yaşılbaş ördək, çöl ördəyi, qaşqaldaq və digər çöl quşları ilə yanaşı nadir hesab edilən meşə cüllütü də olub.


Ovlanan nadir quşlar

Saxlanılan hər iki şəxs barəsində inzibati protokol tərtib edilib və materiallar toplanaraq aidiyyatı quruma göndərilib. Rayon polis şöbəsindən ANS PRESS-ə bildirilib ki, bu istiqamətdə reydlər mütəmadi keçiriləcək.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR