Azərbaycan məktəbliləri Beynəlxalq Elm Olimpiadasında böyük uğur qazanıblar

Azərbaycan məktəbliləri Beynəlxalq Elm Olimpiadasında böyük uğur qazanıblar
16:48 10 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Dekabrın 2-dən 10-dək Koreya Respublikasının Dequ şəhərində yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışmada iştirak edən Azərbaycan məktəbliləri böyük uğur qazanıblar. Belə ki, 43 ölkənin təmsil olunduğu olimpiadada azərbaycanlı şagirdlər Hüseyn Babayev və Cəfər İsbarov gümüş, Turan Bədəlli, Emin Qayıbov və Turan Məmmədli bürünc medallara layiq görülüblər.
Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktik biliklərini nümayiş etdiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_mekteblileri_Beynelxalq_Elm_Olimpiadasinda_boyuk_ugur_qazaniblar-910029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR