“Google” 100 milyon dəfə sürətli kvant kompyuterini istifadəyə verib

“Google” 100 milyon dəfə sürətli kvant kompyuterini istifadəyə verib
19:48 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
“Google” şirkətinin kvant süni intellekt laboratoriyasının (Quantum Artifical İntelligence Lab) tədqiqatçıları "D-Wave 2X” kompyuterinin sınaqlarının nəticələrini dərc ediblər.
AZƏRTAC “42tut.by” saytına istinadla xəbər verir ki, “Google” "D-Wave 2X” kompyuterini 2013-cü ildə Kanadanın “D-Wave Systems” şirkətindən satın alıb. Şirkət kompyuterin imkanlarından süni intellektin yaradılması işində istifadə etmək niyyətində olub. Aparılan sınaqlara əsasən, “D-Wave” qarşıya qoyulan vəzifəni bir prosessorla işləyən ənənəvi kompyuterlə müqayisədə 100 milyon dəfə sürətli yerinə yetirib. Müəlliflər tədqiqatı xüsusi jurnallarda dərc etməyi planlaşdırırlar.
Qeyd edək ki, kvant kompyuter iş prinsipi adi kompyuterlərdən fərqlənən və kvant mexanika əsasında işləyən hesablayıcı qurğudur. O, ənənəvi “bit”lərin əvəzinə “kubit”lərdən istifadə edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR