Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Bakı şəhərinin Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Xətai rayonu Neapol dairəsi ilə Telnov küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 57 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə 2015-ci il dekabr 11-də saat 10-dan işlər yekunlaşanadək Xətai rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.