ABŞ-da Yaponiyanın “Honda” şirkətinin təyyarələrinin satışına icazə verilib

ABŞ-da Yaponiyanın “Honda” şirkətinin təyyarələrinin satışına icazə verilib
12:03 11 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 11 dekabr, AZƏRTAC 
Yaponiyanın “Honda” şirkətinin ABŞ filialına cari ayın sonundan başlayaraq müştərilərə işgüzar səfərlər üçün kiçik həcmli təyyarələrin satışına icazə verilib. Bu, avtomobil istehsalı sahəsində tanınmış “Honda” şirkətinin satışına lisenziya verilən ilk təyyarəsidir.
ABŞ Mülki Aviasiya Federal İdarəsi “Honda” şirkətinə müvafiq sertifikatı üç min saat sınaq uçuşundan sonra dekabrın 8-də təqdim edib.
Yeddi sərnişin yerinə malik olan bu təyyarə öz orijinal dizaynı ilə diqqəti cəlb edir. Onun mühərrikləri təyyarənin qanadlarının üzərində yerləşir.
Şirkətin rəsmi nümayəndələrinin bildirdiyinə görə, bu təyyarə digər rəqiblərin eyni sinfə mənsub olan təyyarələri ilə müqayisədə 17 faiz qənaətli və 10 faiz sürətlidir.
Yeni təyyarənin qiyməti 4,5 milyon dollar təşkil edir. Rəsmi nümayəndələrin bildirdiyinə görə, ABŞ-ın və Avropanın bir sıra imkanlı şirkətləri artıq 100-dən çox təyyarə sifariş ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_Yaponiyanin_Honda_sirketinin_teyyarelerinin_satisina_icaze_verilib-910293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR