Alan Nayt adlı şəxs həbs edilməmək üçün qəribə bir yola əl atıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, İngiltərənin Qaller vilayətində oğurluq edən Alan Nayt həbs olunmamaq üçün özünü düz iki il komada olan xəstə kimi aparıb.
Lakin bu günlərdə onun bu əməlinin üstü açılıb.
Onun bu yalanını dostlarının toyuna, sənət qalereyalarına, bara getdiyini anlayan detektiv Paul Harri ortaya çıxarıb.
Milli.Az