Komitə sədri: Radio və televiziyalar mədəniyyət proqramlarını ticarət maraqlarına uyğun şəkildə qurur

Komitə sədri: Radio və televiziyalar mədəniyyət proqramlarını ticarət maraqlarına uyğun şəkildə qurur
13:48 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda KİV-lərdə mədəniyyətlə bağlı proqram siyasəti koordinasiya edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfayel Hüseynov komitənin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda çox sayda radio və televiziyalar var: “Onların hər biri mədəniyyətlə bağlı proqramları, musiqi, ayrı-ayrı şou proqramlarını öz zövqünə, səviyyəsinə, ticarət maraqlarına uyğun şəkildə qurur. Amma burada təbii ki, onların kommersiya fəaliyyəti ilə məşğul olması da nəzərə alınmalıdır. Bunlar da olsun, amma əvvəlcə milli maraqlar nəzərə alınmalıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2468388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR