Avropa Liqasında onaltıdabir final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib

Avropa Liqasında onaltıdabir final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib
14:23 11 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasında onaltıdabir final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 32 komandadan 24-ü Avropa Liqası yarışlarının qrup mərhələsində ilk iki yeri tutanlar olub. Daha səkkiz klub isə Çempionlar Liqasında öz qruplarını 3-cü yerdə başa vurub.
Dekabrın 14-də təşkil ediləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi də müəyyənləşib:
Səpələnmişlər: “Bayer” (Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Portu” (Portuqaliya), “Atletik” (İspaniya), “Bazel” (İsveçrə), “Braqa” (Portuqaliya), “Krasnodar” (Rusiya), “Latsio” (İtaliya), “Liverpul” (İngiltərə), “Lokomotiv” (Rusiya), “Mölde” (Norveç), “Napoli” (İtaliya), “Rapid” (Vyana, Avstriya), “Tottenhem” (İngiltərə), “Şalke” (Almaniya)
Səpələnməmişlər: “Valensiya” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Sevilya” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Anderlext” (Belçika), “Auqsburq” (Almaniya), “Borussiya” (Dortmund, Almaniya), “Vilyarreal” (İspaniya), “Marsel” (Fransa), “Midtyullann” (Danimarka), “Sent-Etyen” (Fransa), “Sparta” (Çexiya), “Sportinq” (Portuqaliya), “Syon” (İsveçrə), “Fənərbaxça” (Türkiyə) və “Fiorentina” (İtaliya).
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşk nəticəsində 16 cütlük formalaşacaq. UEFA qaydalarına əsasən, eyni ölkənin iki təmsilçisi və qrupda birgə çıxış etmiş komandalar onaltıdabir finalda bir-birinə rəqib ola bilməz. Eyni zamanda, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları bir-birinə rəqib ola bilməyəcək.
Onaltıdabir final mərhələsinin qarşılaşmaları 2016-cı il fevralın 18-də start götürəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Liqasinda_onaltidabir_final_merhelesine_vesiqe_qazanan_butun_komandalar_mueyyenlesib-910357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR