Bakıda ikinci beynəlxalq plov festivalı keçirilir

15:18 11 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 11-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Bakıda ikinci beynəlxalq plov festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov festivalın əhəmiyyətindən söz açıb.
Bildirib ki, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun düyüdən hazırlanan xörəklər sərgiyə gələnlərə təqdim ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev söyləyib ki, dünyanın hər yerində mətbəx insanların dünyagörüşünün, mənəvi aləminin, psixologiyasının və əxlaqının göstəricisidir. Mədəniyyətlərin paylaşması, insanların dünyagörüşünə öz yüksək təsirini göstərir və qarşılıqlı anlaşma, dinc-yanaşı yaşama prinsiplərini önə çəkir.
Tədbirdə Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Hindistan, Fələstin, İran və s. ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR