​Türkiyə XİN başçısı: "Rusiyanın sanksiyalarına cavab verməməyimiz qorxudan deyil"

​Türkiyə XİN başçısı: "Rusiyanın sanksiyalarına cavab verməməyimiz qorxudan deyil"
16:02 11 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ "Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməməyimiz qorxudan deyil. Sadəcə, səbrlə və sivil dövlət olaraq, davranırıq".
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin NTV telekanlına müsahibəsində bildirib.
XİN başçısı Türkiyənin səbrlə davranmasının səbəblərini belə izah edib: "Ancaq bizim də səbrimizin bir həddi var. İstəmədiyimiz bir hadisə baş verdi. Rusiya sərhədimizi qanunsuz olaraq pozdu. Bununla belə əlaqələrimizi keçmişdə olduğu vəziyyətə qaytarmaq üçün səbrlə davranırıq".
"Artıq Rusiya ilə gərginliyin azalması müşahidə olunur. Hətta Rusiya prezidenti Vladimir Putinin xətrini istəyən bir nəfərin vasitəçi olaraq, çıxış edəcəyi haqda xəbərlər yazılıb. Bu həqiqətdi" sualını Mövlud Çavuşoğlu belə cavablandırıb: "Putinlə aramızada vasitəçilk edən adam yoxdur. Qonşu bölgələrdəki şəxslər xoş niyyətlə vasitəçilik edə bilərlər. ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və başqa müttəfiqlərimizin liderləri, yaxud xairici işlər nazirləri rusiyalı həmkarıları ilə görüşdə bu münasibətlərin bərpası çağırışını edə bilərlər. Bu da təbiidir".

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-xi-n-bascisi-sanksiyalara-cavab-vermemeyimiz-qorxudan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR