Gələn ildən tibb işçilərinin sertifikasiya imtahanları bir mərhələdə aparılacaq

Gələn ildən tibb işçilərinin sertifikasiya imtahanları bir mərhələdə aparılacaq
16:13 11 Dekabr 2015
131 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli qərarına əsasən 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq müsahibə mərhələsi aparılmayacaq. Sertifikasiya imtahanının sualları iki müxtəlif variantda 60 test və 5 klinik tapşırıqdan ibarət olmaqla 2 hissəyə bölünür. Sualların test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunur. Klinik tapşırıq hissəsi isə sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində göstərilir. Klinik tapşırıqlar səhiyyə mütəxəssislərinin klinik məntiqini, konkret verilmiş halda klinik qərarvermə qabiliyyətini müəyyən etməyə imkan yaradır.
Test üzrə 40 bal, klinik tapşırıq üzrə 16 bal toplamış şəxslər sertifikasiyadan keçə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gelen_ilden_tibb_ischilerinin_sertifikasiya_imtahanlari_bir_merhelede_aparilacaq-910382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR