Hollandiya bankı 2018-ci ilədək 9 min əməkdaşını ixtisar edəcək

18:28 11 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Hollandiyanın "Rabobank"ı xərcləri azaltmaq və mənfəəti artırmaq üçün 2018-ci ilədək 47 min əməkdaşından 9 min nəfərini ixtisar etməyi planlaşdırır.
AZƏRTAC banks.ru saytına istinadla xəbər verir ki, 2016-ci ilin sonunadək isə 3 min nəfər işdən azad olunacaq. Bank, eyni zamanda, 2020-ci ilədək ümumi məbləği 680 milyard avro olan aktivlərinin 150 milyardını satmaq niyyətindədir. Bu addımlar "Rabobank"ın rəhbəri Vibe Drayerin hazırladığı yeni inkişaf strategiyasının bir hissəsidir. Strategiya, əsasən, kənd təsərrüfatı sahəsində kreditləşməni nəzərdə tutur.
Bank rəhbəri 2020-ci ilədək xərcləri azaltmaqla əməliyyat mənfəətini 2,1 milyard avroyadək artırmağa ümid edir. 2015-ci ilin birinci yarısında "Rabobank"ın mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz artaraq 1,5 milyard avro təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR