Dekabrın 12-də Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq

Dekabrın 12-də Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq
19:08 11 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 12-də paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsinin anma mərasimi ilə əlaqədar ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 7-dən mərasim başa çatanadək Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Teymur Elçin və Mehdi Hüseyn küçələrinin kəsişməsindən - Teleteatrın binasının yanından, Hüseyn Cavid prospekti ilə Mikayıl Müşviq küçəsinin kəsişməsindən, İzzət Nəbiyev -Abbasqulu Abbaszadə, Mikayıl Müşfiq və Ə.Ələsgərov küçələrinin kəsişməsindən, Mətbuat prospektinin Mikayıl Müşfiq dairəsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dekabrin_12_de_Fexri_xiyaban_istiqametinde_avtomobillerin_hereketine_tam_mehdudiyyet_qoyulacaq-910466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR