“Nəsimi” filmi “Belarus 3” telekanalında nümayiş etdirilib

20:28 11 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Belarusda təbliğ olunması, habelə xalqımızın görkəmli şəxsiyyətləri barədə məlumatların yerli ictimaiyyətə daha dolğun şəkildə çatdırılması məqsədilə dekabrın 5-də “Belarus 3” televiziya kanalında “Nəsimi” bədii filmi nümayiş etdirilib. Səfirliyin təşəbbüsü ilə nümayiş etdirilən filmdə “Azərbaycanın dilbər guşəsi – Qarabağ” ifadəsi dəyişdirilmədən səsləndirilib.
Ölkəmizin Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan filmləri aylığına milli qəhrəmanlarımıza, adət-ənənələrimizə, dahi şəxsiyyətlərimizə həsr olunmuş filmlər daxil edilib. Bir müddət əvvəl həmin telekanalda xalqımızın qəhrəmanlıq salnaməsinə aid “Babək” bədii filmi göstərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nesimi_filmi_Belarus_3_telekanalinda_numayis_etdirilib-910515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR