Efiopiyada məscid yaxınlığında partlayış: 24 yaralı

Efiopiyada məscid yaxınlığında partlayış: 24 yaralı
01:04 12 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə məscid yaxınlığında partlayış baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 24 nəfər yaralanıb.

 

Onlardan 5-in vəziyyəti ağır kimi qiymətləndirilir.

 

İlkin məlumata əsasən, Əddis-Əbəbənin ən böyük məscidlərindən birinin yaxınlığında əl qumbarası partladılıb.

 

Partlayışa görə məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR