Həyatını sığortalayan müəllim problemlə üz-üzə (VİDEO)

Həyatını sığortalayan müəllim problemlə üz-üzə (VİDEO)
02:41 12 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Qusarda müəllim işləyən Elvin Məmmədov həyatına etdirdiyi sığorta pulunu ala bilmir.

ANS TV-nin məlumatına görə, Elvin Məmmədovu üç il bundan əvvəl Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinə təyinat alaraq müəllim fəaliyyətinəə başlayıb.

Elvin Məmmədov deyir ki, dekabrın 3-də idarə etdiyi “Ford Focus” markalı avtomobillə rayonun Həzrə kəndində qəza keçirib, Qazellə toqquşub.

Travmatoloq Murad Şahvələdov deyir ki, qəza zamanı Elvin Məmmədov ağır kəllə-beyin travması alıb, hazırda xəstə əməliyyata hazırlanır və gələn həftə o, sağ körpücük sınığından əməliyyat olunacaq.

Qusar Rayon Mərkəzi Xəstəxanasının həkimləri Elvin Məmmədovun həyatını xilas etsələr də sığorta şirkətindən heç bir dəstək, yardım görmədiyini bildirir.

“Bir həftə öncə Qusar rayonunun Dövlət Kommersiya Sığotra şirkətinə qəza ilə bağlı bütün məlumatlar verilib. Sığorta olunan zaman fərdi qəzaya uyğun bizə sertifikat da verilib”, – deyə Elvin Məmmədov bidirib.

Məsələ ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkətinin Qusar filialının rəisi Baxış Baxışov Elvin Məmmədovun yaxın qohumunun vasitəsilə şifahi şəkildə məlumatlı olduğunu bildirərək dedi ki, ona rəsmi müraciət olunmayıb: “Elvin müəllim arxayın olsun ki, sığortasını alacaq. Bu vaxta kimi belə bir hal müşahidə olunmayıb”.

Daha sonra Baxış Baxışovdan öyrəndik ki, artıq o, Elvin Məmmədovun yanında olub, ona lazımi sənədlərin hazırlanması üçün köməklik edərək məsləhət verib.

Sığorta rəsmisi bir daha vəd verdi ki, qəza keçirən gənc müəllim tezliklə öz həyat sığortasını alacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR