Salyan sakini qohumunu güllələdi

Salyan sakini qohumunu güllələdi
13:12 12 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Salyan sakini qohumunu güllələyib.

Milli.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən rayonun Ərəbqardaşbəyli kəndində baş verib.

Rayon sakini Ağa Ağalarov tüfənglə ehtiyatsız davrandığından açdığı atəşlə qohumu Elşən Əsədova xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR