Heydər Əliyevin xatirəsi Pakistanda da yad edilib

Heydər Əliyevin xatirəsi Pakistanda da yad edilib
15:42 12 Dekabr 2015
10 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, səfirliyin diplomatları və Pakistanda yaşayan azərbaycanlıların iştirak etdiyi tədbirdə çıxış edənlər H.Əliyevin Azərbaycanın tarixində oynadığı müstəsna roldan, həyata keçirdiyi milli dövlət quruculuğu siyasəti və Azərbaycançılıq ideyalarından danışıblar.
Qeyd olunub ki, H.Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik və iqtisadi-sosial tərəqqi əldə edilib. Azərbaycan xalqının milli maraqlarının əsas götürüldüyü xarici siyasət xətti formalaşdırılmış, qısa müddətdə Azərbaycan regionun və dünyanın dəyər verdiyi ölkəyə çevrilib. H.Əliyevin bərqərar etdiyi milli quruculuq siyasəti, islahatlar, qlobal əhəmiyyətli layihələr bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Həmçinin İslamabaddakı Bari İmam ziyarətgahında ümummilli liderin ruhuna dualar oxunub, ehsan verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR