Efiopiyada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib (FOTO)

Efiopiyada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib (FOTO)
16:08 12 Dekabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyində ümummilli liderimiz Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Səfir Elman Abdullayev müstəqil Azərbaycanın memarı və qurucusu, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri haqqında qonaqlara məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin həm SSRİ rəhbərliyində həm də Azərbaycanda hakimiyyətdə olduğu dövrdə ölkəmizin inkişafı, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycanın dünyada nüfuzunun gücləndirilməsi üçün tarixi rolunu qeyd edən səfir ulu öndərin hər zaman xalqının yanında olduğunu vurğulamışdır.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanda səfərdə olmuş və Azərbaycan həqiqətləri, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə silsilə məqalələr dərc etmiş jurnalist Araya Getaço ölkəmizlə bağlı təəssüratlarını bölüşərək, Azərbaycanın dünyaya bir nümunə olduğunu və Azərbaycan xalqının ümummilli liderinə olan sevgisi və dərin hörməti barədə qonaqlara məlumat vermişdir. O, Heydər Əliyevin hər bir azərbaycanlının ürəyində olduğunu xüsusi vurğulamışdır. A.Getaço Heydər Əliyev Fondunun fəaliyyəti barədə bəhs edərək, Heydər Əliyev irsinin gələcək nəsillərə ötürülməsində Heydər Əliyev Fondunun müstəsna rolunu qeyd etmişdir.

Anım mərasimində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilmişdir.

Tədbirdə Efiopiya Baş nazirinin müşaviri Dr. Fasil Nahom, Efiopiya Diplomatik İnstitutunun direktoru, Efiopiyanın aparıcı mətbuat orqanlarının rəhbərləri, Efiopiyanın mədəniyyət sahəsinin nümayəndələri və jurnalistlər iştirak etmişlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR