Ümummilli Liderin xatirəsini anma günü münasibətilə ağacəkmə kampaniyası keçirilib

Ümummilli Liderin xatirəsini anma günü münasibətilə ağacəkmə kampaniyası keçirilib
18:53 12 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Bakı Dövlət Universitetinin (BDU) kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü münasibətilə ağacəkmə kampaniyası keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, universitetin əməkdaşları və tələbələr iştirak ediblər. Aksiya çərçivəsində yüzlərlə ağac əkilib.
Akademik A.Məhərrəmov bildirib ki, BDU-da Ulu Öndərin xatirəsinə həsr olunan çoxlu tədbir keçirilib. Bu tədbirlərdən biri olan ağacəkmə aksiyası ölkəmizin ekologiyasına müsbət təsir göstərəcəkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_Liderin_xatiresini_anma_gunu_munasibetile_agacekme_kampaniyasi_kechirilib-910793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR