Basketbol üzrə “Samsung” kuboku yarışlarının qalibləri müəyyənləşib

Basketbol üzrə “Samsung” kuboku yarışlarının qalibləri müəyyənləşib
19:03 12 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
“The Club Port Baku”da 12 və 14 yaşadək basketbolçular arasında “Samsung” kuboku yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 12 yaşadək basketbolçuların final oyununda Səbail Uşaq-Gənclər İdman Məktəbinin komandası “Təhsil” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) kollektivinə 54:13 hesabı ilə qalib gəlib.
Digər yaş qrupunda isə “Təhsil” RİOEUGİM-in yetirmələri “Makkabi”-Sabuncu Uşaq-Gənclər İdman Məktəbinin komandasından 74:35 hesabı ilə üstün olublar.
Qalib komandalar kubok, medal, Gənclər və İdman Nazirliyinin diplomları ilə mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Basketbol_uzre_Samsung_kuboku_yarislarinin_qalibleri_mueyyenlesib-910799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR