Azərbaycan gömrük orqanlarının əməkdaşları Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

Azərbaycan gömrük orqanlarının əməkdaşları Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib
19:03 12 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-si müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatından on iki il ötür. Xalqımız dahi rəhbərin nurlu xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, dekabrın 12-də gömrük orqanlarının çoxsaylı əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər.
Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR