"Avro-2016"nın püşkü atılır

"Avro-2016"nın püşkü atılır
20:17 12 Dekabr 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Milli.Az qol.az-a istinadən bildirir ki, gələn il Fransada keçiriləcək turnir üçün 24 komanda püşkatmaya qatılacaq. 

Fransanın paytaxtı Parisdə baş tutacaq mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Turnirin təşkilatçısı Fransa A qrupunda qərarlaşacaq. Buna görə də ilk səbətdə 5, digər 3 səbətdə isə 6 komanda yer alacaq.

1-ci səbət

İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
 
2-ci səbət

İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
 
3-cü səbət

Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
 
4-cü səbət

Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR