Mən fəxr edirəm ki, azərbaycanlıyam...

Mən fəxr edirəm ki, azərbaycanlıyam...
21:18 12 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Bakı İstedadlar Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı anma tədbiri keçirilib.
Kompleksdən AZƏRTAC-a bildiriblər ki, bu təhsil müəssisəsinin direktoru Siqve Austeim tədbirlə bağlı məlumat verib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, keçdiyi şərəfli həyat yolundan danışıb. Bildirilib ki, Ulu Öndər bütün həyatını xalqına həsr edib və onun zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Anma mərasimi şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.
Tədbir çərçivəsində “Üçrəngli bayrağım” mövzusunda müsabiqə keçirilib, qaliblərə sertifikatlar təqdim olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR