AVRO-2016-nın final mərhələsinin püşkü atıldı

AVRO-2016-nın final mərhələsinin püşkü atıldı
22:02 12 Dekabr 2015
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Parisdə AVRO-2016-nın final mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə,
Püşkü ötən qitə çempionatlarının qalibləri - Ruud Qullit (Hollandiya, 1988) və Biksant Lizarazyu (Fransa, 2000) çəkəcək. Mərasimə Oliver Birhoff (Almaniya, 1996), Angelos Xaristeas (Yunanıstan, 2004), Antonin Panenka (Çexoslovakiya, 1976), David Trezege (Fransa, 2000) və Visente Del Boske (İspaniya yığmasının baş məşqçisi, 2012) kimi çempionlar da qatılıblar. 
Fransada keçiriləcək final mərhələsində iştirak edəcək 24 komanda 6 qrupta qüvvələrini sınayacaq.
A qrupu: Fransa, Albaniya, Rumıniya, İsveçrə
B qrupu: İngiltərə, Uels, Slovakiya, Rusiya
C qrupu: Almaniya, Şimali İrlandiya, Polşa, Ukrayna
D qrupu: İspaniya, Türkiyə, Çexiya, Xorvatiya
E qrupu: Belçika, İrlandiya, İsveç, İtaliya
F qrupu: Portuqaliya, İslandiya, Macarıstan, Avstriya
Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi iyunun 10-da başlayacaq və iyulun 10-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/avro-2016-nin-final-merhelesinin-pusku-atildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR