Rusiyanın ən yeni döyüş helikopterləri Suriyada (VİDEO, FOTO)

Rusiyanın ən yeni döyüş helikopterləri Suriyada (VİDEO, FOTO)
02:31 13 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyaya yeni hərbi döyüş “Mi-35M” vertolyotları göndərib.

ANS PRESS-in məlumatına görə, bu vertolyotlar rusların “RT” telekanalının “Hmeymim” aviabazasında apardığı çəkilişlər zamanı görülüb.

“Mi-35M” döyüş vertolyotları indiyədək Suriyaya göndərilməyib və onlardan rusların apardığı əməliyyatlar zamanı istifadə edilməyıb. Bu döyüş vertolyotları yalnız İraqa ixrac olunub. “Mi-35M” döyüş vertolyotları “Mi-24V” vertolyotlarının modernləşmiş variantıdır. “Milya” adına Moskva vertolyot zavodunun hazırladığı vertolyotlar 2005-ci ildən seriya istehsalına buraxılıb.


“Mi-35M” döyüş vertolyotları

Rusiya sentyabrın 30-dan etibarən Suriyadakı hərbi əməliyyatlarda iştirak edir. Rusiya aviasiyasını Latakiya şəhəri yaxınlığında yerləşən “Hmeymim” aviabazasında yerləşdirib. Rusların burada 50-dən artıq döyüş təyyarəsi və helikopteri var. Rus ordusunun ən son model bombardmançı təyyarəsi Su-34, həmçinin modernləşdirilmiş Su-24M bombardmançısı, Su-25 qırıcısı və digər hərbi texnikası bu bazada qərarlaşıb.


“Hmeymim” aviabazası



Bir müddət əvvəl Britaniyanın “The Times” qəzeti Rusiyanın Suriyada ikinci təyyarə bazasını açmağa hazırlaşdığı barədə xəbər verib. Rusiyanın Suriyada hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığını yazan qəzet rusların bu məqsədlə son günlər Suriyada hərbi təyyarələrin və hərbiçilərin sayını xeyli artırdığını qeyd edib. Rusiya “Hmeymim” hərbi bazasından başqa ikinci təyyarə bazasını açıb, ora əlavə təyyarələr və qoşunlarını göndərəcək. Nəşrin məlumatına görə, bu məqsədlə Homs şəhərinə yaxın Al-Şayrat təyyarə bazasında artıq obyektin hazırlığı ilə məşğul olan Rusiya döyüş vertolyotları və kontingenti yerləşdirilib.


Rusların istifadə etdiyi hava limanları xəritədə


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR