Qat-qat xəmirlə kabab

Qat-qat xəmirlə kabab
07:05 13 Dekabr 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az qat-qat xəmirlə kababın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q qiymə
500 q mayasız qat-qat xəmir 
3 x.q. soya sousu
qara istiot
1 baş soğan 
2 diş sarımsaq 
kahı

Soğanı sürtgəcdən keçirin (ət maşınından da çəkə bilərsiniz), qiyməyə qatın. Soya sousu, istiot, xırdalanmış sarımsaq əlavə edin, duz vurarkən soya sousunun duzlu olduğunu nəzərə alın. Qiyməni yaxşıca qarışdırıb 30 dəqiqə soyuducuda saxlayın. 

Bu müddətdən sonra qiymədən küftələr tutun (1 şiş üçün 4 küftə, birinin çəkisi 25 q olmaqla). Xəmiri düzbucaqlı yayın, küftələrin diametrindən bir qədər enli şəridlərə doğrayın. 
 
Şişləri əvvəlcədən suda 2 dəqiqə isladın. Sonra aralarına xəmir keçirməklə küftələri şişə çəkin. Yağlanmış siniyə düzüb 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə bişirin. 
Boşqaba kahı yarpaqları düzün, kababları üstünə qoyun. 

Nuş olsun! 

Milli.Az 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR