Rusiyada dəhşətli yanğın: 21 nəfər öldü

Rusiyada dəhşətli yanğın: 21 nəfər öldü
09:12 13 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. APA-nın məlumatına görə, bu barədə "TASS"a Rusiya FHN-in Regional Mərkəzindən bildirilib.  

"Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir", - deyə qurumun mətbuat mərkəzindən bildirilib.  
 
Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.  Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir. 
 
Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: "Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər".  
 
Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.  
 
İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlığında  nasazlıq olub.
 
İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR