Egey dənizində Rusiya və Türkiyə gəmilərinin iştirakı ilə baş verən insidentə görə Türkiyənin hərbi attaşesi təcili sürətdə Rusiya Müdafiə Nazirliyinə çağrılıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya müdafiə nazirliyinin bəyanatında bildirilir.
Dekabrın 13-ü Moskva vaxtı ilə saat 09:03-də Eqey dənizində Rusiya hərbi dəniz qüvvələrinə məxsus “Smetlivı” mühafizəçi gəmisinin ekipajı Türkiyəyə məxsus balıqçı gəmisi ilə toqquşmadan qaçmaq üçün odlu silahdan istifadə edib.
Rusiya müdafiə nazirliyinin məlumatına görə, “Smetlivi” ekipajı türk gəmisinin onlardan sadəcə 1 km. Uzaqlıqda olduğunu görüb və rasiya vasitəsi ilə türk ekipajı ilə əlaqə yaratmağa cəhd etsədə bu alınmayıb. Türk gəmisinin rus gəmisinə 600 metr yaxınlaşdığını görən rusiyalı ekipaj odlu silhadan atəş açıb. Bundan dərhal sonra Türkiyəyə məxsus gəmi kəskin şəkildə kursunu dəyişərək “Smetlivı” ekipajı ilə əlaqəyə girmədən hərəkətini davam etdirib.
İnsident Yunanıstanın Limni adasından 22 km. aralıqda qeydə alınıb.
Rusiya hərbi dəniz qüvvələrinə məxsus "Smetlivı" mühafizəçi gəmisi
Bu insident Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirə bilər. İki ölkə arasında münasibətlər türkiyə tərəfindən Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus hərbi təyyarənin vurulmasında sonra kəskinləşib.
Rusiyaya məxsus Su- 24 hərbi təyyarəsi noyabrın 24-də Türkiyə F-16 qırıcısı ilə vurulub. Təyyarə Türkiyənin hava sərhədini pozduğu üçün vurulub.
Suriya-Türkiyə sərhədində təyyarənin düşməsi
Prezidenti Vladimir Putin hadisəni terrorçuların əlbirləri ilə Rusiyaya arxadan vurulan zərbə adlandırıb. Hadisədən sonra iki ölkə arasında gərginlik artıb - Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib, "Türk axını" layihəsini dayandırıb.