Azərbaycan “Formula-1” Avropa Qran-pri yarışına ciddi hazırlaşır

Azərbaycan “Formula-1” Avropa Qran-pri yarışına ciddi hazırlaşır
00:18 14 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışına ciddi hazırlıq işləri görülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
Nazir müavini bildirib ki, yarışın keçiriləcəyi ərazilərdəki avtomobil yolları dünya standartlarına uyğun təmir edilir. Beynəlxalq Avtomobil Federasiyası da hazırlıqla maraqlanıb öz təkliflərini verəcək.
Azərbaycanda bütün idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini söyləyən İ.İsmayılov vurğulayıb ki, hazırda “Formula-1” yarışının yüksək səviyyədə təşkili əsas diqqət mərkəzindədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR